SON XƏBƏRLƏR

Masallının suyu dializ xəstələri üçün yararsızdır. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 sentyabr tarixində Medicina.az-a istinadən verir.

Masallıda olan xəstəxananın dializ mərkəzində 54 xəstə dializ seansı alır.

Buraya Masallı ilə yanaşı, Yardımlı və Astaradan da xəstələr gəlir.

Xəstələr rayondakı içməli suyun böyrək xəstələrinə ciddi təsir etdiyini və kreatini qaldırdığını bildiriblər.

“Həftədə 3 dəfə dializ üçün gəlirik. Yaxın olmağı çox yaxşıdır. Əvvəllər Lənkəranda dializ alırdım. Bura rahatdır, amma rayonun suyu o qədər keyfiyyətli deyil. Dializ üçün uyğun deyil. Bakıda olmuşam, orada su yaxşıdır, kreatini də tez salırdı. Amma buradakı su imkan vermir ki, dializ lap yaxşı olsun, kreatin çox düşsün”, – deyə xəstə bildirib.

 

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər