Masallıdan Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər görmüş insanlara dəstək məqsədilə TIR-lar göndərilib. Bu haqda bu gün, 11 fevral tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Hazırda Masallı rayonunda humanitar yardım kampaniyası həyata keçirilir. İcra Hakimiyyəti tərəfindən ümumi dəyəri 187 min manat olan 2 TIR içərisində olan 8 ton ərzaq, 1100 dəst yorğan, döşək, adyal, balış, 4000 ədəd geyim dəsti, 12.000 digər geyim dəstləri, 3 elektrik generatorları, 32 elektrik qızdırıcıları, 1 ədəd çadır və digər ehtiyac olan ləvazimatlar Türkiyə Respublikasının Kahramanmaraş şəhərinə yola salınıb. Yardımın göndərilməsində rayon əhalisi fəal iştirak edib.
Türkiyədə zəlzələ baş verən ilk gündən Masallı rayonunda yardım kampaniyası başlanıb. Belə ki, kampaniya çərçivəsində 6 kiçiktutumlu yük maşını ilə müxtəlif ləvazimatlar Bakı şəhərinə yollanılıb.