SON XƏBƏRLƏR

Masallı rayonu, Təzəkənd kəndinin körpüsü qəzalı vəziyyətdədir. Bununla bağı sakinlər bu gün, 16 yanvar tarixində Cenublu.az-a müraciət ediblər.

Sakinlərin sözlərinə görə, onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, körpünün təmiri ilə maraqlanan olmayıb.

“Kəndin əsas istifadə olunan körpüsüdür. 3 minə yaxın əhalisi olan kəndin körpüsü belə olmamalıdır axı. Bir daha xahiş edirik, körpünü təmir edib bizi baş verə biləcək faciədən qurtarsınlar”, – deyə sakinlər bildiriblər.