SON XƏBƏRLƏR

Bu gün, 22 oktyabr tarixində Vətən müharibəsində şəhid olan üç igidimizin şəhadət günüdür.

Vüsal Balarəzi oğlu Hadıyev 18 oktyabr 2000-ci ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. Vüsal hələ körpə ikən ailəsi ilə birlikdə Masallı şəhərinə köçüb. İlk təhsilini Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbində alıb. Məktəb vaxtlarında cüdo idman növü ilə məşğul olub. Vətən Müharibəsi zamanı 5 oktyabr 2020-ci ildə Ağdərə uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. 22 oktyabr 2020-ci ildə Masallı şəhər məzarlığında dəfn olunub.

Əli Seyran oğlu Nəcəfov 24 may 1998-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olub. 2004-2015-ci illərdə Bakı şəhəri Binəqədi rayonunda ERA – tam orta ümumtəhsil məktəbində təhsil alıb. 2016-2020-ci illərdə isə Azərbaycan Universitetində (AU) “Maliyyə və iqtisadiyyat” ixtisası üzrə ali təhsil alıb. Vətən müharibəsində Cəbrayıl döyüşləri zamanı şəhid olub. Masallı rayonunun Tüklə kəndində dəfn olunub.

Famil Habil oğlu Əlizadə 3 may 1999-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2005-2016-cı illərdə Ərkivan qəsəbəsinin tam orta məktəbində, 2016-2017-ci illərdə Bakı şəhərindəki 2 saylı peşə məktəbində təhsil alıb. Vətən müharibəsi zamanı Füzuli döyüşlərində şəhid olub. Masallı rayonunun Ərkivan qəsəbəsində dəfn edilib.