SON XƏBƏRLƏR

Bu gün, 14 oktyabr tarixində Vətən müharibəsi şəhidi İbrahim Rükabzadənin ad günüdür.

İbrahim Rasif oğlu Rükabzadə 2000-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. 2006–2017-ci illərdə Nizami Gəncəvi adına Boradigah qəsəbə 1 saylı tam orta məktəbində təhsil alıb. Orta məktəbdə təhsil alarkən Quran oxuma dərslərində də fəal iştirak edən İbrahim 2012-ci ilin sentyabr ayında Məşhəd ziyarətində olub.

8 aprel 2019-cu ildə hərbi xidmətə yollanıb. Əsgərliyini Goranboy rayonunun Aşağı Ağca kəndinin “N” saylı hərbi hissəsində dəvam edib. 2 iyun 2019-cu ildə Xüsusi Təyinatlı Qüvvələrə qatılıb.

Vətən müharibəsi zamanı Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavəndin alınmasında iştirak edib. 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunda şəhid olub. 23 oktyabrda Masallı rayonunun Boradigah qəsəbəsində dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Azərbaycan Bayrağı”], “Şücaətə görə”, “Cəsur döyüşçü”], “Vətən uğrunda”,  “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.