SON XƏBƏRLƏR

Bu gün, 13 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Ülvi Nüsrətbəylinin anım günüdür.

Ülvi Nüsrətbəyli 14 fevral 1999-cu ildə Masallı rayonunun Güllütəpə kəndində anadan olub. 2016-2020-ci illərdə Lənkəran Dövlət Universitetində (LDU) ali təhsil alıb. Ülvi Nüsrətbəyli 2020-ci ilin iyulundan Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Vətən müharibəsi zamanı Ülvi Füzuli döyüşlərində şəhid olub. Masallı rayonunda dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.