SON XƏBƏRLƏR

Bu gün, 14 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi Sahib Yusif oğlu Şirəliyevin şəhadətinin ildönümü qeyd edilir.

Sahib Şirəliyev 18 oktyabr 1995-ci il Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 8 noyabr 2020-ci il tarixində Şuşa döyüşləri zamanı şəhid olub. 14 noyabr 2020-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Azərbaycan Bayrağı”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.