SON XƏBƏRLƏR

Bu gün, 18 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi Sahib Yusif oğlu Şirəliyevin mövlud günüdür.

Sahib Şirəliyev 18 oktyabr 1995-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Vətən müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O,  noyabrın 8-də Şuşa döyüşlərində şəhid olub. Masallı rayonunun Ərkivan qəsəbəsində dəfn olunub.

Ölümündən sonra  “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”,  “Xocavəndin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

 

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon