SON XƏBƏRLƏR

Bu gün, 25 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Röyad Famil oğlu Məmmədovun mövlud günüdür.

Röyad Məmmədov 2000-ci ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2018-ci ildə Mahmudavar kənd tam orta məktəbini bitirib və Qərbi Kaspi Universitetinin nəzdində yaradılmış Qərbi Kaspi Kollecinə daxil olub. 1 ay təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Röyad Məmmədov 8 noyabr Laçından Şuşaya gələn yolu ələ keçirmək uğrunda döyüşlər zamanı şəhid olub. Mahmudavar kəndində dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.