SON XƏBƏRLƏR

Bu gün, 19 sentyabr tarixində şəhid Nurlan Dünyamalı oğlu Malikovun mövlud günüdür.

Nurlan Malikov 1996-cı ildə Masallı rayonunun Öncəqala kəndində anadan olub. 2003-2014-cü illərdə Öncəqala kənd tam orta məktəbində təhsil alıb.  Daha sonra həqiqi hərbi xidmətə yola düşüb. 2016-cı ilin aprel ayında ordu sıralarından tərxis olunub.

Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli və Qubadlı rayonları ərazilərində gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.

Şəhidin nəşi 31 dekabr 2020-ci il tarixdə doğulduğu Öncəqala kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb.

Ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və  “İgidliyə görə” medalı ilə təltif olunub.

 

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər