SON XƏBƏRLƏR

Bu gün, 11 noyabr tarixində şəhid Məhəmməd İlham oğlu Əliyevin anım günüdür.
Məhəmməd Əliyev 9 yanvar 1999-cu ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olub. 2005-2016-cı illərdə Böyük Xocavar kənd məktəbində təhsil alıb. 2017-ci ilin yanvar ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Vilayətinin Şahbuz rayonunda, “N” saylı hərbi hissədə davam etdirib. 2018-ci ilin iyul ayında ordu sıralarından tərxis olunub.
Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzulidən Şuşaya qədər gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalıb.
Şəhidin nəşi 11 noyabr 2020-ci il tarixdə doğulduğu Böyük Xocavar kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb.
Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Astara Burzubənd
Yollarda vəziyyət

Astarada şəhidin evinə gedən yol pis vəziyyətdədir

Astara rayonunun Burzubənd kəndinin yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir. Sakinlər bildirirlər ki, şəhid Rövşən Ramazanovun evinə gedən yol pis vəziyyətdədir. “Bu yolu

Ələt-Astara yolu
Yollarda vəziyyət

Magistral yolda işıqfor işləmir

Köhnə Ələt-Astara magistralının Şiləvar kəndi ərazisindən keçən hissəsində artıq 4 gündür ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün,