SON XƏBƏRLƏR

Bu gün, 11 noyabr tarixində Masallı rayonunun Qızılağac kəndindən olan, 44 günlük Vətən müharibəsinin şəhidi əsgər Cavid Gülverdi oğlu Babayevin anım mərasimi keçirilib.

Mərasimdə şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə güllər düzülüb.

Qeyd edək ki, Cavad Gülverdi oğlu Babayev 28 noyabr 1998-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olub. 2005-2016-ci illərdə Qızılağac kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2017-2018-ci illərdə Gədəbəy rayonunda həqiqi hərbi xidmətini uğurla başa vurub. Tikinti şirkətlərindən birində işləyib.

Vətən müharibəsi zamanı Qubadlı uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi 11 noyabr 2020-ci il tarixində Qızılağac kənd qəbiristanlığında böyük izdihamla dəfn edilib.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.