SON XƏBƏRLƏR

Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan şəhidimiz, baş gizir İntiqam Abbasovun mövlud günüdür.

Abbasov İntiqam Yavər oğlu 21 sentyabr 1978-ci ildə Masallı rayonunun Köçəkli kəndində anadan olub. 1985-1995-ci illərdə S.Rəhimov adına Masallı rayon Köcəkli kənd tam orta məktəbində təhsil alıb. 1996-1999-cu illərdə hərbi xidmətdə olub. 2000-ci ildən Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə gizir və tank komandiri olaraq işə başlayıb. Aprel döyüşlərində böyük sücaət göstərərək, 2017-ci ildə baş gizir rütbəsini alıb. Dəfələrlə diplomlar, Fəxri fərmanlar və medallarla təltif edilib.

Vətən müharibəsində igidlik və mərdlik göstərərək 29 sentyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimiz ailəli idi. Oğlu Əli və qızı Xədicə Vətənə əmanət qalıb.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər