SON XƏBƏRLƏR

Bu gün, 21 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Ağamalı Şamil oğlu Ağayevin şəhadətə ucaldığı gündür.

Ağamalı Ağayev 23 sentyabr 1996-cı ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olub. 2001-2012-ci illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb.

2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağamalı Ağayev 19 oktyabr Füzuli uğrunda gedən döyüşlərdə yaralı hərbi qulluqçunu döyüş meydanından çıxaran zaman erməni tərəfinin snayper gülləsindən şəhid olub. Masallı rayonunda dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.