SON XƏBƏRLƏR

Bu gün, 23 sentyabr Vətən müharibəsi şəhidi Ağamalı Şamil oğlu Ağayevin doğum günüdür.

Ağamalı Ağayev 1996-cı ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olub. 2001-2012-ci illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağamalı Ağayev 19 oktyabr Füzuli döyüşləri zamanı yaralı hərbi qulluqçunu döyüş meydanından çıxaran zaman erməni tərəfinin snayper gülləsi nəticəsində şəhid olub. Masallı rayonunda dəfn olunub.

Ölümündən sonra qəhrəmanımız “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.