SON XƏBƏRLƏR

Bu gün, 22 noyabr tarixində şəhidlərimiz Ziya Zahid oğlu Gözəlov və Niyaməddin Hüsaməddin oğlu Sultanzadənin anım günləridir.

Ziya Gözəlov 19 yanvar 2002-ci ildə Masallı rayonunun Kəlbəhüseynli kəndində anadan olub. Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, Ağdərə istiqamətində şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Niyaməddin Sultanzadə 10 sentyabr 1998-ci ildə Masallı şəhərində anadan olub. 2005-2016-cı illərdə şəhər 1 saylı tam orta məktəbdə təhsil alıb. 3 saylı Regional Su Kanal İdarəsinin Masallı su kanal sahəsində xlorator su təmizləyici qurğularının operatoru peşəsi üzrə çalışıb. Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonlarında düşmən hücumunun qarşısının alınmasında şücaət göstərib, Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda