SON XƏBƏRLƏR

Bu gün, 11 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri İbrahim Həzrətqulu oğlu Lələyein şəhidlik zirvəsinə ucaldığı gündür.

İbrahim Lələyev 25 avqust 1996-cı ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 2002-2014-cü illərdə E. Ağayev adına Hişkədərə kənd tam orta məktəbində təhsil alıb.

2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Aprel döyüşləri zamanı cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşıb.

Vətən müharibəsində – Füzulinin, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İbrahim Lələyev 11 oktyabr 2020-ci ildə Cəbrayıl döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.