SON XƏBƏRLƏR

Bu gün Masallının fəxri idmançılarından olan Rəşidli Rəşid Rəssam oğlunun doğum günüdür.

Kikboksinq idman növü üzrə 4 qat Dünya çempionu Rəşid 1993-cü ildə Masallı rayon Boradigah qəsəbəsində anadan olub. 6 yaşından “Karate-Do” idman növü ilə məşğul olan fəxrimiz ilk uğurunu Bakıda qazanıb.

2008-ci ildən kikboksinq idman növü ilə məşğul olan Rəşid Respublika çempionatında və Bakı birinciliyində uğurlu nəticələr əldə edib. 2011-ci ildə Gürcüstan Respublikasında kikboksinq üzrə keçirilən Beynəlxalq turnirin qalibi olub.

Uğurlarının sayı-hesabı olmayan Rəşid Rəşidli 2021-ci ildə Türkiyənin Antalya şəhərində Tay-Kinq Valotudo döyüş növü üzrə keçirilən Dünya çempionatında Dünya çempionu adını qazanıb.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər