SON XƏBƏRLƏR

Masallıda Zəfər gününə həsr olunmuş “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyinin qalibləri müəyyən olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

8 komandanın iştirakı ilə keçirilən bilik yarışının ümumi yekun nəticəsinə görə:

  • I yerə Gəyəçöl kənd N.Həsənov adına tam orta məktəbin “Viktoriya” komandası;
  • II yerə Ərkivan qəsəbə Z.Nəcəfov adına tam orta məktəbin “Cənub qartalı” komandası;
  • III yerə Ərkivan qəsəbə C.Cabbarlı adına 1 saylı tam orta məktəbin “Qarabağ” komandası;
  • Fərqləndiyinə görə isə Öncəqala kənd Ə.Məmmədov adına tam orta məktəbin “Everest” komandası layiq görülüblər.

Qaliblər Masallı rayon Gənclər və İdman İdarəsi və “Masallı Gənclər evi” SXM-i tərəfindən diplomlarla təltif olunublar.