SON XƏBƏRLƏR

Masallı rayonunun Kolatan kəndində yerləşən körpü bərpa olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

Belə ki, icra başçısı Araz Əhmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri Kolatan kəndinə gələrək, Böyük Kolatan ilə Bala Kolatan kəndlərini ayıran çayın üstündə inşa olunan körpüdə aparılan işlərlə yaxından tanış olublar. İşlər barədə onlara Viləşçay Sİİ-nin rəisi Rusif Karimov və Rauf Cəbiyev məlumat veriblər.

Araz Əhmədov qeyd edib ki, görülən işlər subasma hallarının qarşısını almaq məqsədilə həyata keçirilib.

Qeyd edək ki, hər il yağan yağışlar nəticəsində yaranan sel zamanı çayın sahilində yerləşən evlərə, yardımçı tikililərə və təsərrüfatlara ciddi ziyan dəyirdi.