Masallıda barama tədarükü davam edir. Bu haqda məlumat bu gün, 16 iyun tarixində Masallı Rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində paylaşılıb.
Baramaçılıq sahəsinin gündən-günə inkişaf etdiyi Masallıda cari mövsümdə 132 qutu barama toxumu yetişdirilib. Rayon kümçüləri artıq məhsulu təhvil verməyə başlayıblar. Bu il kümçülər tədarük etdikləri yaş baramanın hər kiloqramına görə 9 deyil, 11 manat vəsait alacaqlar.
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin uzun illərdən sonra təsərrüfatın bu sahəsininin bərpası istiqamətində həyata keçirdiyi kompleks tədbirlər regionlarda yaşayan əhalinin, o cümlədən Masallı rayonunda da məşğulluğun artırılmasına və onların sosial rifahının yüksəldilməsinə xidmət edir.