SON XƏBƏRLƏR

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında “Azərbaycan qadınları tariximizə böyük töhfələr verib” mövzusunda fəal qadınlarla görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 sentyabr tarixində verir.

Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq, qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində özünəməxsus aparıcı qüvvə olub. Cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak ediblər. Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub.

Tədbirdə şəhər 2 saylı məktəb ərazi partiya təşkilatının sədri Mehriban Əzizova, Həsənli kənd uşaq bağçasının müdiri Nazilə Hüseynova, Dəmirçi kənd ümumi orta məktəbinin direktoru Aytən Şükürova və başqaları çıxış edərək bildiriblər ki, ulu öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində qadınlara göstərilən diqqət və qayğının artdığının şahidi olublar. Onların sözlərinə görə, ulu öndərimizin müəyyənləşdirdiyi bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər