SON XƏBƏRLƏR

Masallı “ASAN xidmət” Mərkəzində artıq Elm və Təhsil Nazirliyi tərəfindən göstərilən xidmətlərdən də yararlanmaq olar. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 noyabr tarixində verir.

Belə ki həftənin bazar ertəsi-cümə günləri Masallı “ASAN xidmət”ə yaxınlaşaraq aşağıda qeyd olunan xidmətlərdən yararlana bilərsiniz:

  • Təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidməti;
  • Cari təhsil alanlar üçün elektron təhsil arayışları;
  • Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu (qeydiyyat);
  • Şagirdlərin elektron yerdəyişməsi (qeydiyyat);
  • Təhsil Tələbə Kreditinə elektron müraciət (qeydiyyat);
  • Uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyatı;
  • Məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat;
  • Ali təhsil pilləsinin bakalavr və magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu;
  • Sertifikatlaşdırma prosesindən keçmiş təhsilverənlərə sertifikatların verilməsi.

Qeyd edək ki, sözügedən təhsil xidmətlərinin hər biri Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada da həyata keçirilir. Bununla yanaşı, elektron qeydiyyat prosesində hər hansı çətinlik çəkən və ya məlumatsız vətəndaşlar bundan sonra “ASAN xidmət” mərkəzlərinə də yaxınlaşaraq konsultativ dəstək ala bilərlər.