SON XƏBƏRLƏR

Masallı rayonunun Ərkivan qəsəbəsində ikimərtəbəli ev yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.

Belə ki, ümumi sahəsi 288 m² (hər mərtəbəsi 144 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 80 m² sahədə və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 70 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.