SON XƏBƏRLƏR

Masallı rayonunun Ərkivan qəsəbəsində yeni bağça inşa olunur. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 oktyabr tarixində AzTV-yə istinadən verir.

Bağça Heydər Əliyev fondunun təşəbbüsü ilə tikilir. Tikintiyə ötən ilin iyun ayından başlanılıb. Işlərin artıq 70%-i görülüb.

İş icraçısı bildirir ki, binanın ağartma işləri birinci mərtəbədə tamamlanıb, qara suvaq işləri bitib. Hazırda yuxarı mərtəbədə ağartma işləri görülür.

Binada mərhələli şəkildə istilik, elektrik təchizatı, havalanma, yanğına qarşı siqnalizasiya sistemi və müşahidə kameraları qurulacaq. Həyətyanı sahədə söhbətgahlar yaradılması və attraksionların qurulması da nəzərdə tutulub.

14 mindən çox əhalisi olan Ərkivan qəsəbə uşaq bağçasının ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Heydər Əliyev fondunun təşəbbüsü ilə şəhər 4 saylı uşaq bağçası üçün tikilən 140 yerlik bina isə artıq hazırdır. Son 3 ildə fondun təşəbbüsü ilə Masallıda 2 məktəbəqədər müəssisə üçün yeni bina inşa olunub, ikisi isə əsaslı təmir edilib.