Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun 2023-cü ilin yanvar ayında keçirəcəyi vətəndaş qəbulu günləri və məkanları məlum olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 dekabr tarixində verir.
Belə ki, görüş:
- 11 yanvar saat 10:00-da Xırmandalı kənd tam orta məktəbində;
- 18 yanvar saat 10:00-da Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbində;
- 25 yanvar saat 10:00-da Ərkivan qəsəbəsində yerləşən “Ərkivan” şadlıq sarayında;
- 31 yanvar saat 10:00-da Masallı şəhərində yerləşən Mədəniyyət Evində baş tutacaq.