SON XƏBƏRLƏR

Azərbaycan Voleybol Federasiyasının sabiq vitse-prezidenti, “Fəxri bədən tərbiyəsi və idman işçisi”, “Azərbaycan Respublikasının Əməkdar Bədən tərbiyəsi və İdman Xadimi” adına layiq görülmüş məşqçi və hakim Vaqif Əliyev uzun sürən xəstəlikdən dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 noyabr tarixində verir.

Qeyd edək ki, Vaqif Cəfər oğlu Əliyev 28 dekabr 1945-ci ildə Masallı şəhərində anadan olub. 1961-ci ildə Masallı şəhər 1 №-li orta məktəbi bitirib, 1963-cü ildə Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman institutuna daxil olub.

1994-cü ildə Gənclər və İdman Nazirliyi yarandığı vaxtdan 2007-ci ilə kimi – 13 il ərzində V.Əliyev nazirliyin kollegiya üzvü olub. Azərbaycan Respublikasında voleybol idman növünün inkişafında, yüksək səviyyəli idmançıların hazırlanması sahəsində V.Əliyev 40 ildən artıq yorulmadan çalışıb.