SON XƏBƏRLƏR

Daha öncə xəbər verdiyimiz kimi, Masallı rayonunun 4 saylı (Digah) məktəbinin ədəbiyyat müəllimi, jurnalist Şahin Səmədlinin 19 yaşlı oğlu Şəhriyar Səmədli Bakının Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb. Cenublu.az bu gün, 25 oktyabr tarixində Şahin Səmədlinin oğlunun vəfatı ilə bağlı paylaşımını təqdim edir.

“Nə tez getdin aramızdan? Axı sənin hələ böyük arzuların var idi: Xarici universitetlərdə magistratura təhsili almağa hazırlaşırdın. Sənə o qədər ümidlərimiz var idi ki… Oxuduğun müddətdə heç atanı incitmədin. Öz işlərini özün gördün. Bəs nədən bizi tərk etdin? Atanın ürəyini yandırdın. Hər yerdə gözlərim səni axtarır, burnumun ucu göynəyir səndən ötrü. İndi ancaq sənə qovuşmaq həsrətilə yaşayıram. Allah sənə rəhmət eləsin, əziz balam”.

Qeyd edək ki, 19 yaşlı Şəhriyar Səmədli 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) 684,8 balla daxil olub. O, Prezident təqaüdçüsü idi.