SON XƏBƏRLƏR

Masallı rayonu, Qızılağac kənd sakini, 65 yaşlı Etibar Qüdrət oğlu Məmmədovun naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilməsi haqda məlumat vermişdik.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Salyan rayonunun Xocalı kəndi ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Belə ki, 18 noyabr tarixində Etibar Məmmədov sərnişin kimi avtomobilinə götürdüyü 47 yaşlı Müşviq İskəndərovla arasında yaranmış mübahisə zamanı sonuncu kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Müşviq İskəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.

Qeyd edək ki, Müşviq İskəndərov izi itirmək məqsədilə meyiti Salyan-Neftçala avtomobil yolundan iki kilometr aralıqda yeləşən Salyan rayonunun Xocalı kəndinə aparıb və kənd sakinlərindən birinin həyət evinin darvazasının qarşısına atıb. Sonra isə geri qayıdaraq “VAZ-2107” markalı avtomobili rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən su kanalına aşıraraq qaçıb.