SON XƏBƏRLƏR

Masallı rayon ərazisində bu gün, 5 oktyabr tarixində 5800 abonentin qaz təchizatının dayandırılması nəzərdə tutulub. Bu haqda məlumatı Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən verir.

Belə ki, şəhərin M.Talışxanov və H.Əliyev küçələrində payız-qış tədbirlər planına əsasən, tənzimləyicinin quraşdırılması ilə əlaqədar qazın verilişinin saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılıb.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.