SON XƏBƏRLƏR

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Mədəniyyət Nazirliyinin tabeliyindəki Respublika Xatirə Kitabı redaksiyası tərəfindən Vətən müharibəsində həlak olanların adlarının əbədiləşdirilməsi üçün çap edilən “44 gün – Tarixi zəfər” adlı üçcildliyin (“A-Ə” hərfləri üzrə) birinci cildinin növbəti təqdimat mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 sentyabr tarixində Azertac-a istinadən verir.

Mərasimdə Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan şəhid ailələri iştirak ediblər.

Tədbiri açan Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. Daha sonra o, tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verib.

Daha sonra yazıçı-publisistlər Rafael Tağızadə, Meyxoş Abdulla çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib və belə mərd oğullar böyütdüklərinə görə şəhid valideynlərinin qarşısında baş əydiklərini bildiriblər.

Tədbirdə iki şəhid anası Ziba xanım çıxış edərək təşkilatçılara minnətdarlığını bildirib. “Ən böyük arzumuz övladlarımızın unudulmamasıdır”, – deyə o vurğulayıb.

Sonda Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova Aprel döyüşləri şəhidinin ailəsi ilə görüşündən təsirlənərək yazdığı “Ağlama, şəhid qızı” şeirini səsləndirib.

Qeyd edək ki, kitabın ilk təqdimat mərasimi Silahlı Qüvvələr Günündə Bakı şəhərində, ikincisi isə iyulun 6-da Gəncə şəhərində keçirilib.

Foto Azertac
Foto Azertac
Foto Azertac
Foto Azertac
Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər