SON XƏBƏRLƏR

Masallı rayon Heydər Əliyev Mərkəzində “Zəfərin təməli” layihəsi çərçivəsində film nümayiş olunub. Bu haqda məlumatı Masallı rayon İcra Hakimiyyəti verib.

Belə ki, rayonun Binə Xocavar kənd tam orta məktəbinin şagirdləri üçün Heydər Əliyev Mərkəzinə ekskursiya və cizgi filmi nümayişi təşkil olunub.

Azərbaycan “Televiziya və Radio Verilişləri” QSC-nin hazırladığı cizgi filmi 2016-cı ildə Azərbaycan ordusunun erməni silahlıları üzərində qələbəsi ilə nəticələnən Aprel döyüşləri və Lələtəpə əməliyyatına həsr olunub.

Qeyd edək ki, Aprel döyüşlərinin 6-cı ildönümü ilə əlaqədar Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Zəfərin təməli” layihəsi məktəblilər arasında vətənpərvərlik və Vətənə məhəbbət hisslərinin gücləndirilməsinə xidmət edir.

Masallı rayon İcra Hakimiyyəti
Masallı rayon İcra Hakimiyyəti
Astara Burzubənd
Yollarda vəziyyət

Astarada şəhidin evinə gedən yol pis vəziyyətdədir

Astara rayonunun Burzubənd kəndinin yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir. Sakinlər bildirirlər ki, şəhid Rövşən Ramazanovun evinə gedən yol pis vəziyyətdədir. “Bu yolu

Ələt-Astara yolu
Yollarda vəziyyət

Magistral yolda işıqfor işləmir

Köhnə Ələt-Astara magistralının Şiləvar kəndi ərazisindən keçən hissəsində artıq 4 gündür ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün,