Masallı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı professor Kamil Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Bu haqda məlumatı Azertac verib.
Tədbirdə Mərkəzin əməkdaşları, Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Masallı şəhər 3 nömrəli tam orta məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, UGİM-in şagirdlərinin xalça dəzgahında hazırladıqları əl işlərinə baxış keçirilib.