Masallı rayonu M. Qarayev adına Sığıncaq kənd tam orta məktəbinin X sinif şagirdi Avropada keçirilən olimpiadada sertifikat qazanıb. Bu haqda məlumatı məktəbin rəsmi Facebook səhifəsi verib.
Belə ki, rayonun ucqar kəndində oxuyan Rövnəq Cəfərov Serbiyanın Belqrad şəhərində keçirilən onlayn olimpiadada Coğrafiya fənni üzrə mükafatlandırılıb.