SON XƏBƏRLƏR

Masallı rayonunda Heydər Əliyev fondunun dəstəyi ilə uşaq bağçalarının əksəriyyəti yenilənib. Bu barədə AzTV reportaj hazırlayıb.

Belə ki, son iki ildə Kolatan və Sərçuvar kəndlərində yeni uşaq bağçaları inşa olunub. Səmidxan və Mahmudavar kəndlərindəki uşaq bağçaları isə əsaslı təmir edilib. Hazırda daha iki bağça tikilməkdədir. Bunlar Masallı rayon 4 saylı və Ərkivan qəsəbəsində tikilən bağçalardır.

Masallı rayon 4 saylı uşaq bağçasının köhnə binası sökülərək yerində 2 mərtəbəli 140 yerlik yeni bina tikilir. Tikintinin 70 faizi artıq görülüb, yəni hörgü işi, divarların suvarılması yekunlaşıb, dam örtüyü vurulub. Binanın isidilməsi üçün həyətdə qazanxana da tikilir.

Ərkivan qəsəbəsində də 2 mərtəbəli 100 yerlik uşaq bağçanın inşası davam etdirilir. Hörgü işləri artıq başa çatıb.

Qeyd edək ki, Heydər Əliyev fondunun təşəbbüsü ilə tikilən hər iki uşaq bağçasının bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.

Deposit
Aktual

Masallı rayon sakinində narkotik və soyuq silah aşkarlanıb

Masallı rayon sakini Şirvan şəhərində saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri