SON XƏBƏRLƏR

Masallıda “VAZ-2106” markalı avtomobilin sürücüsü yol hərəkət qaydasını pozduğu üçün saxlanılıb. Bu haqda məlumatı Report verib.

Belə ki, nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini, taksi fəaliyyəti ilə məşğul olan Şaiq Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan, o, polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən, Ş.Məmmədovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib.