SON XƏBƏRLƏR

Masallıda polis əməkdaşları qanunsuz saxlanılan silah-süratın saxlanılması ilə bağlı reyd keçiriblər. Bu haqda məlumatı Cenublu.az Report.az-a istinadən verir.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı raypo sakinləri M.Məmmədov, G.Adiyev, F.Orucov və Ş.Şirməmmədovdan qanunsuz saxlanılan ov tüfəngləri aşkar edilərək götürülüb.

Polis əməkdaşları tüfəngləri aidiyyatı üzrə təhvil verib və şəxslərə bağlı inzibati protokollar tərtib edilərək Masallı Rayon Məhkəməsinə göndərilib.