SON XƏBƏRLƏR

Masallı rayon sakini, məktəbdə müəllim işləyən Rabil Abdinovun adına “Facebook” sosial şəbəkəsində saxta profil açılaraq pul yığılıb. Bu haqda məlumatı Xezer Xeber verib.

“Bir neçə gün bundan əvvəl sosial şəbəkədə mənə bu profil rast gəldi. Adım, soyadım və şəkillərimdən istifadə edilərək açılıb. Sonra gördüm ki, götürüb mənim dostluğumda olan qohumlarıma, dostlarıma, nazirlik işçilərinə, təhsil şöbəsinin əməkdaşlarına mesajlar göndəriblər ki, bəs guya mən xəstəxanadayam və mənə 150-250-350-450 manata qədər pul göndərin. Səhər bundan xəbər tutanda, artıq bir neçə nəfər ona pul göndərmişdir”, – deyə Rabil Abdinov söyləyib.

Həmçinin o iddia edir ki, saxta profil vasitəsilə onun adından həm də Təhsil Nazirliyinin qərarları tənqid olunub. Rabil Abdinov aidiyyəti qurumlara hələ şikayət etmədiyini bildirib.

“Özü də bunun saxta olduğunu etiraf etdi, dedi ki, bunu qisas zəminində etmişəm. Məqsədi mənə məlum deyil. Maddi qazanc əldə etmək, nüfusumu yerə salmaq, yoxsa Təhsil Nazirliyinə aid fikirlərini mənim adımdan vermək. Maraqlı olan odur ki, bu şəxs pulu digital kart ilə alıb, kart isə hansısa nömrəyə bağlı olmalıdır. Onu tapmaq məncə çox rahat olar”, – deyə Abdinov əlavə edib.

Məsələ ilə bağlı DİN-dən bildirilib ki, əgər faktla bağlı zərərçəkmiş polisə müraciət edərsə, məsələ araşdırılacaq, həmin şəxsin tapılması istiqamətində addımlar atılacaq.

Masallı Rayon Gənclər və İdman İdarəsi
Aktual

Masallının icra başçısı qalib idmançılarla görüşüb

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Beynəlxalq yarışlarda qələbə qazanan idmançılardan Bəhruz Şakir oğlu Mirzəyev və Arif Arif oğlu Niftullayevlə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr