SON XƏBƏRLƏR

Masallı rayonu Xırmandalı kənd sakinindən qanunsuz silah aşkarlanıb. Bu haqda məlumatı Report verib.

Belə ki, kənd sakini M.Əzizovdan qanunsuz olaraq saxladığı bir ədəd “İJ-54” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Həmin silah aidiyyəti üzrə təhvil verilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.