SON XƏBƏRLƏR

Qarabağ ərazisində Masallı rayon sakinindən narkotik vasitələr aşkar edilib. Bu haqda məlumat bu gün, 18 yanvar tarixində APA.az-da paylaşılıb.

Xocavənd Rayon Polis Şöbəsi əməkdaşlarının xüsusi nəzarət postunda keçirdikləri yoxlama zamanı, müvafiq sənədləri olan avtomobil saxlanılıb. Avtomobilin sərnişini Masallı rayon sakini Qurbanəli Cabbarovun çantasından narkotik vasitələr olan metamfetamin və marixuana aşkar edilərək götürülüb.

Onun tikinti şirkətlərindən birinin işçisi olduğu bildirilir. Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.