SON XƏBƏRLƏR

Saat 12:00

Salyanda baş vermiş qəza nəticəsində Masallı rayon sakini dünyasını dəyişib. Bu haqda məlumat bu gün, 18 fevral tarixində Report.az-da paylaşılıb.

Verilən məlumata əsasən, qəza zamanı dünyasını dəyişən Masallı rayon sakini, 59 yaşlı Dadaşov Hüseyn Əlihüseyn oğludur.

__________________________________________________________

Saat 11:40

Masallı rayon sakini Salyan rayonunda baş vermiş qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb.

Rayonun Şorsulu kəndi ərazisində 99-JT-145 dövlət nömrə nişanlı mikroavtobus “KamAZ” markalı 42-BT-295 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.

Baş vermiş qəza nəticəsində 56 yaşlı Masallı rayon sakini Səbziyev Eynəli Məhərrəm oğlu ciddi xəsarətlər alıb. O, dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəzada 1 nəfər vəfat edib və 4-ə yaxın yaralının olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

View this post on Instagram

 

A post shared by Cənublu.Az (@cenublu.az)