SON XƏBƏRLƏR

Masallı rayon sakini milli park ərazisində qanunsuz balıq ovladığına görə saxlanılıb. Bu haqda bu gün, 23 fevral tarixində Trend.az-da paylaşılıb.

Qızılağac Milli Parkının və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində Masallı rayon sakini Malik Qafarovun Qızılağac Milli Parkında balıq ovu ilə məşğul olduğu müəyyən edilib. Ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Polis Şöbəsi tərəfindən təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılır.