SON XƏBƏRLƏR

Qızılağac Milli parkında qanunsuz ov ilə məşğul olan şəxs saxlanılıb. Bu haqda məlumat bu gün, 15 fevral tarixində Report.az-da paylaşılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Qızılağac Milli parkında yoxlama tədbirləri keçiriblər. Nəticədə Masallı rayon sakini Mirhasil Həsənovun ov qaydalarını pozduğu müəyyən olunub. O, xidmət əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.