SON XƏBƏRLƏR

Masallı rayonunda gənc döş qəfəsindən bıçaq zərbələri alıb. Bu haqda Cenublu.az Report-a istinadən xəbər verir.

Bıçaqlanma hadisəsi rayonun Ərkivan qəsəbəsində baş verib. Elçin Cəbrayılov həmkəndlisi olan 29 yaşlı Ülvi Baxşiyevin ürək nahiyəsindən iki bıçaq xəsarəti yetirib.

Yaralı Ülvi Baxşiyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən gəncin vəziyyətı ağırdır.

Faktla bağlı araşdırma aparılır.