SON XƏBƏRLƏR

Masallıda yaşayış evlərindən oğurluq edən şəxs saxlanılıb. Bu haqda məlumat bu gün, 7 yanvar tarixində Azərtac-da paylaşılıb.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 yaşayış evini qarət edən rayon sakini saxlanılıb. Axtarış zamanı məlum olub ki, şübhəli bilinən Hafis Paşayev Bədəlan kənd ərazisindəki evlərin birindən 1800 manat dəyərində məişət əşyaları oğurlayıb.

Əlavə aparılan əməliyyat zamanı məlum olub ki, H.Paşayev rayon ərazisində 3 yaşayış evindən də oğurluq edib.

Faktla bağlı araşdırma aparılır.