SON XƏBƏRLƏR

Masallı rayonunda polis əməkdaşları qanunsuz ov edən şəxsi saxlayıb. Bu haqda məlumat Report.az-da paylaşılıb.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov qeydə alınıb. Nəticədə Masallı rayon sakini N.Səfərov saxlanılıb.

Müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl quşları ondan müsadirə edilib.

Şəxslə bağlı inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilib.