SON XƏBƏRLƏR

Masallıda polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində rayon sakininin qanunsuz ov ilə məşğul olduğu məlum olub. Bu haqda məlumatı Cenublu.az Report.az-a istinadən xəbər verir.

Saxlanılan S.Tahirovun üzərindən 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl dovşanı aşkarlanaraq götürülüb.

Tahirov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) və 590.2-ci (Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) maddələri ilə inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər