SON XƏBƏRLƏR

Masallı rayon sakini K.Ramazanov ona məxsus “VAZ-2107” markalı avtomobil ilə manevr qaydalarını pozduğu üçün saxlanılıb. Bu haqda məlumatı Apa verib.

Belə ki, sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan, o, Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən K.Ramazanovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə K.Ramazanovun sürücülük hüququ altı ay müddətində məhdudlaşdırılıb.