SON XƏBƏRLƏR

Bakıda avtomobili qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini saxlanılıb. Bu haqda məlumatı bu gün, 5 fevral tarixində Report verib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 7 yanvar Beynəlxalq Avtovağzal Kompleksi ərazisindən Bakı şəhər sakini O.Məmmədova məxsus “VAZ-2104” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini K.Mikayılov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.