SON XƏBƏRLƏR

Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub. Bu haqda məlumat bu gün, 25 fevral tarixində Report.az-da paylaşılıb.

Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş həkim vəzifəsində Eşqin Əliyev çalışacaq. Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, Eşqin Əliyev təyinata qədər tibb müəssisəsində şöbə müdiri vəzifəsində işləyib.